Ana səhifə

Müasir çağırışlara ədəbi baxış – Tahir Cəfərlinin yeni romanının təqdimatı keçirildi

Bu gün Azərbaycan Yazıçılar İttifaqında yazıçı-publisist alim Tahir Cəfərlinin “Kunaşir münaqişə adası və yaxud Anainin sahilidir” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Ədəbi ictimaiyyətin diqqət mərkəzində olan tədbir yüksək səviyyədə təşkil olunaraq geniş maraq doğurmuşdur.

Təqdimatda tanınmış yazıçılar, alimlər və ictimaiyyət nümayəndələri ilə yanaşı, BMT tərəfdaşı olan İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının maliyyə departamentinin rəhbəri, general-leytenant Firdovsi Ələkbərov, həmçinin SİQNAL 2026 İctimai Nəzarət Təşkilatının təsisçi rəhbəri Sevinc Quliyeva və digər nüfuzlu şəxslər iştirak etmişlər.

Çıxış edənlər müəllifin yeni əsərini geniş şəkildə təhlil edərək qeyd etmişlər ki, roman müasir dövrün qlobal problemlərinə toxunur, insan taleləri fonunda cəmiyyətin aktual məsələlərini ön plana çıxarır. Xüsusilə vurğulanmışdır ki, əsərdə Azərbaycan ilə Yaponiya arasındakı münasibətlər bədii və publisistik çalarlarla təqdim olunaraq oxucuya fərqli baxış bucağı qazandırır.

Müzakirələr zamanı kitabın ideya-məzmun zənginliyi, hadisələrin dinamik inkişafı və müəllifin üslub xüsusiyyətləri yüksək qiymətləndirilmişdir. İştirakçılar əsərin həm ədəbi, həm də ictimai əhəmiyyətini xüsusi qeyd edərək onun geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağını bildirmişlər.

Tədbirin sonunda müəllif Tahir Cəfərli çıxış edərək iştirakçılara təşəkkürünü bildirmiş, əsərin yaranma ideyası və yazılma prosesi haqqında qısa məlumat vermişdir.

Qeyd edək ki, təqdimat mərasimi yüksək təşkilatçılıq şəraitində keçirilmiş, iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir